"Azərbaycanda ucuz mənzillərin tikintisi stimullaşdırılmalıdır. Ucuz mənzillərin tikintisi, uzunmüddətli sərfəli kreditlərin verilməsi ilə aztəminatlı ailələrin mənzil probleminin həll olunmasına nail olmaq olar". SİA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Milli Məclisdə Azərbaycan hökumətinin 2012-ci ildə fəaliyyəti barədə hesabatının dinlənilməsi zamanı bu təkliflə çıxış edib.
O, eyni zmanda cəmiyyətdə təbəqələşmə riskinin olduğunu və bunun qarşısının alınması üçün aşağı əməkhaqqı alan həkimlərin, müəllimlərin, kiçik məmurların, təqaüdçülərin pul gəlirlərinin artmasına nail olmağı təklif edib.
Onun sözlərinə görə, bunu elə həyata keçirmək lazımdır ki, təbəqələşməyə gətirib çıxarmasın.
Əhmədov, həmçinin valideyin himayəsindən məhrum olunmuş insanların problemlərinin həlli ilə bağlı tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirib.
YAP sədrinin müavini, həmçinin regionların bütün ehtiyaclarının ödənilməsi üçün dotasiyaların dayandırılmasını təklif edib. O bildirib ki, bunu bu günün reallıqları zəruri edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB