Naxçıvan istiqamətində reyslər artırılıb

Naxçıvan istiqamətində reyslər artırılıb

Novruz bayramı ilə əlaqədar sərnişinlərin Bakıdan rayonlara səfərləri intensivləşib. Sərnişin sıxlığını aradan qaldırmaq üçün "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Naxçıvan-Bakı istimaqətində reysləri artırıb. Bunu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli mətbuata açıqlamasında bildirib.

Xidmət rəisi qeyd edib ki, sərnişin sıxlığı ilə əlaqədar bu gün Bakı-Naxçıvan-Bakı istiqamətində əlavə iki reys artırılacaq. Martın 14-də isə bu istiqamətdə bir reys artırılıb. M.Səfərlinin sözlərinə görə, AZAL-ın təyyarələri ilə Bakıdan gündəlik bütün istiqamətlərə üç min sərnişin uçursa, bunların mini Bakı-Naxçıvan-Bakı reysinin payına düşür.

AZAL-dan bildiriblər ki, Bakı-Naxçıvan-Bakı istiqamətində hər gün cədvəl üzrə 4 reys həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə