İspaniyada saxlanılan miniatürlər Azərbaycana gətirildi

İspaniyada saxlanılan miniatürlər Azərbaycana gətirildi

İspaniya kraliçası tərəfindən Məhsəti Gəncəvinin Yunanıstan və Danimarkada saxlanılan 8 miniatürü Gəncə şəhərinə göndərilib. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə Regional Elm Mərkəzinin şöbə müdiri Samir Pişnamazzadə məlumat verib. Onun sözlərinə görə, miniatürlər şairənin 900-illiyi çərçivəsində Gəncə şəhərinə hədiyyə edilib. Miniatürlər arasında vaxtı ilə rusların Ərdəbil kitabxanasından İspaniyaya aparılan sənət əsərləri də var.

Qeyd edək ki, hədiyyə olunan miniatürlər XIV və XV əsirə aiddir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə