"Ənənəvi olaraq iqtisadi sahədə aparılan ardıcıl islahatlar güclü sosial siyasətlə müşayiət olunub. Keçən il orta aylıq əməkhaqqı 8,7 % artıb, əmək pensiyalarının orta aylıq məbləği isə artırılaraq 152 manata çatdırılıb". SİA-nın məlumatına görə, bu fikirləri parlamentin bugünkü iclasında çıxışı zamanı baş nazir Artur Rasizadə deyib.
Baş nazir bildirib ki, əvvəlki illərdə olduğu kimi məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilib: "Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2011-ci ildəkindən 2,2 dəfə artıq maliyyə vəsaiti xərclənib. Nəticədə 23 minədək məcburi köçkün yeni mənzillə təmin edilib. Ümumilikdə, məcburi köçkünlərin sosial ehtiyaclarının həllinə 600 milyon manatdan artıq vəsait sərf edilib ki, bu da 2003-cü illə müqayisədə 5,5 dəfə çoxdur".
"Əldə olunan əsas makroiqtisadi göstəricilər və həyata keçirilən sosial tədbirlər sosial-iqtisadi siyasətin əsas hədəf parametrlərindən olan yoxsulluğun səviyyəsini hesabat ilinin sonuna 6 faizə endirməyə imkan verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB