Bu gün hava dumanlıdır

Bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 2-6, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Martın 15-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, martın 16-da və 17-də atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə