XI Beynlxalq Türk dili Olimpiadasının final mərhələsi keçirilib

XI Beynlxalq Türk dili Olimpiadasının final mərhələsi keçirilib

Bu gün Azərbaycan Milli Dram Teatrında XI Beynlxalq Türk dili Olimpiadasının Azərbaycan Respubliksı üzrə final mərhələsi keçirilib. SİA-nın xəbərinə görə, final mərhələdə Azərbaycanın orta təhsil məktəblərinin şagirdləri, eyni zamanda Çağ Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin şagirdləri də iştirak ediblər. Olimpiadanın Azərbaycan üzrə final mərhələsində cəmi 500-ə yaxın şagird mübarizə aparıb.

Tədbirdə çıxış edən Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz bildirb ki, bu il "Bəşəri barışığa doğru" adı altında keçiriləcək olimpiadada 140 ölkədən 2000 şagird iştirak edəcək: " Türkiyənin 55 şəhərində 99 səhnə proqramı təşkil ediləcək. 24-26 may tarixlərində Türkiyənin İzmir şəhərində mədəniyyət festivalı keçiriləcək. 1 iyun 2013-cü il tarixində isə Türkiyənin Ankara şəhərində "19 Mayıs" stadionunda tədbirin açılış mərasimi keçiriləcək".

Daha sonra ölkə olimpiadasının finalı qiraət, inşa, mahnı, dialektika, şeir, səs, oxuma, mədəni irs, təqdimat, xüsusi qabiliyyət, rəsm, xalq oyunları (rəqs),yaradıcı inşa müsabiqəsi (universitet tələbələri arasında) olmaqla 13 kateqoriya üzrə keçirilib. Azərbaycan finalında qalib olan şagirdlər medal, sertifikatlar, hədiyyə, Türkiyədə yay tətili və Türkiyədə keçiriləcək XI Beynlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil etmək imkanı qazanıb.

Xatırladaq ki, ötən il X Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan cəmi 25 medal olmaqla 12 qızıl, 11 gümüş, 3 bürünc medal qazanıb. Bu nəticələrə əsasən Azərbaycan komandası 135 ölkə arasında 1-ci yeri tutub. Ümumilikdə olimpiada tarixində Azərbaycan cəmi 103 medal olmaqla 34 qızıl, 50 gümüş, 20 bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə