"Azərbaycanda gənc alimlərə böyük ehtiyac var"

"Azərbaycanda gənc alimlərə böyük ehtiyac var"

"İngilis dilini bilməyən gənc elmlə məşğul ola bilməz. Mən həm Bakı Dövlət Universitetində, həm də Azərbaycan Dövlət Neft Akademiyasında diplom buraxılış komissiyalarının sədriyəm. Gənclərin əksəriyyəti nəinki ingilis, heç rus dilini də bilmirlər". SİA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti səlahiyyətlərini icra edən Akif Əlizadə Gənc Alimlər şuralarının sədrləri ilə görüşündə belə deyib.

Akif Əlizadə gənc alimləri aktiv olmağa çağırıb: "AMEA-nın institutlarında tələbələr də çalışmalıdırlar. Elm çox irəli gedir. Azərbaycanda gənc alimlərə böyük ehtiyac var. Hazırda AMEA üzvlərinin orta yaşı 60-65-70-ə çatıb".

Bütün xəbərlər Facebook səhifəmizdə