Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Komissiyasının Gənclər Fəaliyyətdə (Youth in Action) proqramının Avropa Könüllülük Xidməti (European Voluntary Service) üzrə akkreditasiya sertifikatı alıb.
SİA-nın məlumatına görə, Avropa Könüllülük Xidməti Avropa İttifaqının hazırladığı "Gənclər Fəaliyyətdə" (Youth in Action) proqramının əsas istiqamətlərindən biridir. Avropa Könüllülük Xidmətinin məqsədi Avropa İttifaqı daxilində və xaricində gənclərin müxtəlif könüllü fəaliyyətlərdə iştirakının dəstəklənməsidir. Bu fəaliyyət çərçivəsində gənclərin fərdi və ya qrup şəklində qeyri-kommersiya və ödənişsiz fəaliyyətlərdə iştirakı təmin edilir. Bu sertifikat vasitəsilə ARGTMŞ 2 il müddətində Avropa İttifaqına üzv ölkələr və Azərbaycan arasında gənc könüllülərin uzun müddətli mübadiləsini təşkil etmək imkanı əldə edir. Bu mübadilə könüllülük sahəsində xarici təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiq edilməsinə, eyni zamanda Avropada Azərbaycan dəyərlərinin təbliğinə imkan verəcək.
Qeyd edək ki, ARGTMŞ Azərbaycanı Avropada təmsil edən ən böyük milli gənclər platformasıdır. Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığın gücləndirilməsi təşkilatın əsas istiqamətlərindən biridir. Və bugün təşkilatın heyətində Avropanın müxtəlif ölkələrini təmsil edən beynəlxalq könüllülər fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB