Bu gün Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzilə birlikdə Gənclər və İdman Nazirliyinin dəstəyilə "Gənc Alimlərin II Respublika Elm Festivalı" çərçivəsində "Müasir şəraitində Azərbaycan tarixi, dili, ədəbiyyatı və fəlsəfəsi qarşısında duran yeni vəzifələr" adlı konfrans keçirilib. Konfransda Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbərliyi, gənc tədqiqatçılar, dissertant və doktorantlar iştirak edib. Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov övlətin gənclər siyasəti, gənclər, xüsusilə elmi gənclik qarşısında dövlətimizin qarşıya qoyduğu vəzifələr qeyd edib.
Konfransda təklif olunub ki, gənc alimlər əldə etdikləri nailiyyətləri internet resursları vasitəsilə sosial şəbəklərdə yaysınlar. Daha sonra gənc alimlər bir sıra təkliflərlə çıxış ediblər.
Sonda Gənc Alimlərin II Elm Festivalının nəticələrilə bağlı Festival iştirakçılarına sertifikatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB