"Bakı Hərbi Cərrahi Simopziumu-Hərbi Cərrahiyədə Təhsil" YENİLƏNİB
"Bakı Hərbi Cərrahi Simopziumu-Hərbi Cərrahiyədə Təhsil" adlı beynəlxalq tədbir keçirilir. SİA-nın verdiyi verdiyi xəbərə görə, tədbir iştirakçıları ilk olaraq Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. daha sonra iştirakçılar xalqımızın qürur mənbəyi olan Şəhidlər Xiyabanını ziyarət ediblər.
Simpozium Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı, Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumu və Türk-Azərbaycan Endoskopik Cərrahlar Assosasiyasının əməkdaşlığı ilə təşkil olunub. Tədbirdə nəzəri biliklərlə yanaşı iştirakçılara praktiki vərdişlərə yiyələnmək və möhkəmləndirmək üçün simulyatorlar üzərində "Aşağı Ətrafların Fassiotomiyası" kursu təqdim olunacaq. Simpozium illər ərzində toplanmış təcrübə mübadiləsi, əldə edilən nəticələrin təhlili, eləcədə hərbi cərrahiyyə sahəsində xidmətin yaxşılaşdırılması yönündə müzakirələrin aparılması üçün bir vasitədir. Tədbir zamanı hərbi cərrahiyyə sahəsində böyük nüfuza malik, dünya miqyaslı tibb müəssisələrinin nümayəndələri də təcrüblərini iştirakçılarla paylaşacaq.
Tədbirdə DSX-nin rəsi Elçin Quliyev, Səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumunun prezidenti professor Zvonimir Lovric və başqalarının çıxışı gözlənilir.
Qeyd edək ki, İki gün davam edəcək simpozium ADA-nın Tələbə Mərkəzinin Auditoriumunda keçiriləcək.
_____________
"Bakı Hərbi Cərrahi Simopziumu-Hərbi Cərrahiyədə Təhsil" adlı beynəlxalq simpozium keçirilir
"Bakı Hərbi Cərrahi Simopziumu-Hərbi Cərrahiyədə Təhsil" adlı beynəlxalq simpozium keçirilir. SİA-nın verdiyi xəbərə görə, Simpoziumun açılışında çıxış edən DSX rəisi Elçin Quliyev bildirdi ki, Dağlıq Qarabağ və onun ətraf 7 rayonun, Azərbaycan-Ermənistan sərhədinin tam, Azərbaycan-İran sərhədinin bir hissəsi 20 ildən çoxdur ki, işğal altındadır. Buna görə, də hərbi münaqişə şəraitində yaşayan Azərbaycanın hərbi cərrahiyyəsinin inkişaf vacibdir. Bu istiqamətdəböyük işlər görülməkdədir.
Səhiyyə naziri Oqtay Şirəliyev isə çıxışında son zamanlar Azərbaycanda səhiyyə sahəsində çox sayda beynəlxalq tədbirlərin keçirildiyini vurğulayıb. Nazir son illərdə Azərbaycanda cərrahiyyə əməliyyatlarının sayının 2 dəfədən çox artdığını, ölüm hadisələrinin sayının isə 2 dəfədən çox azaldığını deyib. Hərbi cərrahiyyənin Azərbaycan üçün vacib olduğunu deyən nazir bu sahənin inkişafına böyük önəm verildiyini vurğulayıb.
ADA-nın rektoru Hafiz Paşayev isə tədbirin iştirakçılarına uğurlar arzulayıb. Belə beynəlxalq tədbirin akademiyada keçirilməsindən məmnuniyyət ifadə edib.
Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov atəşkəs rejiminin mövcud olmasına baxmayaraq hələ də güllə və mina yaralanmalarının mövcud olduğunu xatırladıb. O, hər il universitetə hərbi həkim ixtisası üzrə 90 nəfər tələbənin qəbul edildiyini bildirib: "Bunun 70 nəfəri Müdafiə Nazirliyi, 20 nəfəri Ədliyyə Nazirliyi üçündür. Bundan başqa, hər il 50 hərbi feldşer hazırlayırıq, həmçinin hərbi tibb sahəsində 14 ixtisas üzrə rezidenturaya qəbul həyata keçiririk. Bu istiqamətdə DSX-nin də tələbə qəbulu sifariş verəvcəyinə ümid edirik".
Simpoziumda çıxış edən Ambroise adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumun prezidenti Zvonimir Lovric bildrib ki, çıxışını forumun bütün üzvləri adından edir. Form uzun illərdir ki,fəaliyyət göstərir. Bu tədbirin Bakıda keçirilməsi isə daha böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Hesab edirəm ki, tədbir zamanı hərbi cərrahiyə sahəsində böyük nüfuza malik, dünya miqyaslı tibb müəssisələrinin nümayəndələri öz təcrübələrini paylaşacaqlar.
M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağayev tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan hərbi təbabət təcrübəsi ilə də dünyada öz yerini tutmaqdadır. Ötən illərlə müqayisədə hərbi tibb, xüsusilə də hərbi cərrahiyə sahəsində uzun yol qət edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB