14-15 mart 2013-cü il tarixlərində SAM-ın direktor müavini Gülşən Paşayeva BMT-nin Qadınların Gender Bərabərliyi və Hüquqları təşkilatı tərəfindən keçiriləcək "Münaqişələr çərçivəsində birləşən qadınlar: BMT Təhlükəsizlik Şurasının 1325, 1820, 1888, 1889 Qətnamələrinin həyata keçirilməsinə dair məsuliyyətin yaradılması" mövzusunda kross-regional proqram üzrə yekun konfransda iştirak və çıxış etmək məqsədilə Gürcüstan Respublikasının Tiflis şəhərinə səfər edib. SAM-dan SİA-ya verilən məlumata görə, proqram 4 istiqamətdə - qadın milli fəaliyyət planının inkişaf etdirilməsi, sülh və təhlükəsizlik, genderin təhlükəsizlik sektoruna daxil etmək, cinsi zorakılıq qurbanlarına müdafiə və yardımın gücləndirilməsi, qadın hüquqlarının və sülh dialoqlarda qadınların iştirakının təşviqi sahələrində mühüm irəliləyiş etmiş və əhəmiyyətli nəticələr əldə edib.
Qeyd edək ki, BMT Qadın proqramının əsas məqsədi təcrübə mübadiləsi, proqramın bütün istiqamətlərində öyrənilmiş dərslərdən ölkələrin milli səviyyədə faydalanması imkanının yaradılması və proqramın ikinci mərhələsində nəzərdə tutulmuş tədbirlər üçün strategiyaların təsdiq olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB