Güclü külək fəsadlar yaradıb FOTO

Ötən gün Gəncədə başlayan güclü külək bir sıra fəsadlar yaradıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, təxminən 4 mənzilin dam örtüyü aşaraq sıradan çıxıb. Ayrıca bəzi ərazilərdə elektrik naqillərinə ziyan dəyib. Şəhərin Gülüstan qəsəbəsində küləyin şiddətinə sınan böyük ağac avtomobilin üzərinə aşıb. Gəncə şəhər Elektrik Şəbəkəsindən bildirilib ki, şəhərdə elektrik xəttlərində yaranan problemlər artıq aradan qaldırılıb və əhali elektrik enerjisi ilə təmin olunub. İlkin məlumata görə, Gəncə şəhərində küləyin sürəti saniyədə 35-40 metrə çatıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə