Bu gün Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellen Azərbaycan Respublikasının Prezidentiyanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı"ASAN xidmət" mərkəzinin binası və fəaliyyətilə tanış olub.
Qurumdan SİA-ya verilən məlumata görə, qonağı salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. İnam Kərimov bildirib ki, "ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların,"vahidməkan" prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır.
Səfir Herbert Kvelleniki dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərlə məşğul olacaq Dövlət Agentliyin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini bildirib. Almaniyalı diplomat həmçinin "ASAN xidmət" mərkəzində yaradılmış şəraiti və əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirərək gələcək fəaliyyətdə uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB