Yeni məktəb binası açıldı

Gəncə şəhərində yeni məktəb binasının açılışı olub. SİA-nın Qərb Bürosunun xəbərinə görə, tədbirdə şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elmav Vəliyev də iştirak edib. Mirzə Şəfi Vazeh adına 16 nömrəli 860-yerlik orta ümumtədris müəssisəsi ən müasir standartlar çərçivəsində yenidən təmir edilib. 1343 şagirdin oxuduğu məktəbdə kombi sistemi quraşdırılıb, geniş fənn kabinetləri yaradılıb, idman və akt zalı yeni görkəmə salınıb.

"Ümumiyyətlə şəhərimizdə təhsil sahəsində böyük sıçrayış əmələ gəlib. Bu işlər özünü təhsilin keyfiyyətində də göstərir. Ümumiyyətlə, Gəncədə 30-a yaxın tədris binasının yenidən qurulması nəzərdə tutulub" - deyə E.Vəliyev əlavə edib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə