Xocalıda hər iki valideynini itirmiş uşaqlarla görüş olacaq

Xocalıda hər iki valideynini itirmiş uşaqlarla görüş olacaq

Martın 14-də "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin qərargahında Xocalıda hər iki valideynini itirmiş uşaqlarla görüş keçiriləcək. SİA-nın məlumatına görə, görüş Dağlıq Qarabağın Azərbaycanlı İcması və Parlament Jurnalistlər Birliyinin birgə təşəbbüsü ilə baş tutacaq. Görüşdə millət vəkilləri, ziyalılar, dövlət rəsmiləri və gənclər iştirak edəcək.

Qeyd edək ki, həmin uşaqlarla bağlı kitab və film hazırlanır. Hazırda həmin uşaqlardan ən kiçiyinin 21 yaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə