"Azərenerji" və "Azəriqaz" Novruz bayramı günlərində istehlakçıları fasiləsiz şəkildə lazimi enerji və qazla təmin edəcək. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, qurum bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Elektrik enerjisinin generasiyası və bölgüsü ilə bağlı problemlər olmayacaq. İstehlakçılar bayram günlərində fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",-deyə ASC-dən qeyd ediblər.
ARDNŞ-nın "Azəriqaz" İB isə bildirib ki, qurum martın 20-dən ayın sonuna kimi gücləndirilmiş iş rejimdə fəaliyyət göstərəcək.
"Mümkün fövqəladə vəziyyətlərin aradan qaldırılması məqsədilə növbəli sistem tədbiq olunacaq və istehlakçılar lazımı həcmdə qazla təmin olunacaqlar",-deyə İB-dən bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB