Monteneqroda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə uşaq bağçası tikilir

Prezident İlham Əliyev uşaq bağçasının layihəsi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Monteneqroda Bielo-Pole şəhərində inşa edilən uşaq bağçasının layihəsi ilə tanış olub. Prezident İlham Əliyevə uşaq bağçasının inşası ilə bağlı görülən işlər barədə məlumat verilib və son nəticəni əks etdirən layihələr və şəkillər nümayiş etdirilib.

Azərbaycan dövlətinin başçısı yeni park layihəsinə də baxıb. Daha sonra Bielo-Pole şəhərinin meri Aleksandr Juliç Prezident İlham Əliyevə üzərində şəhərin rəmzi əks olunan xatirə lövhəsi təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə