Təhsil sahəsində əlaqələr genişlənir

Təhsil sahəsində əlaqələr genişlənir

Millət vəkili Qənirə Paşayeva Yaşar Universitetini ziyarət edib, rektoru prof.dr Murat Barkan və universitetin bir sıra alim heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Yaşar Universitetinin rektoru prof.dr Murat Barkan qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən, rektor Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Yaşar Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmini bildirib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili böyüyən gənc nəsillər, universitet tələbələri arasında ortaq tariximizin daha geniş öyrədilməsi və təbliğ olunmasının vacibliyi xüsusi vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva Yaşar Universitetinin rektoruna Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər təqdim edib.

Görüşdə millət vəkili Qənirə Paşayeva Yaşar Universitetin rektoru Murat Barkanı Azərbaycana dəvət edib. Yaşar Universitetin rektoru Murat Barkan dəvəti məmnuniyyətlə qəbul edib və Yaşar Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.

Görüşdə Zəka İnkişaf Mərkəzinin rəhbəri Nərgiz Paşayeva və DAK başqan yardımçısı Asif Qurban da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə