Bakıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvə və vasitələrinin iştirakı ilə genişmiqyaslı taktiki təlim başlayıb. SİA-nın xəbərinə görə, təlim üç komponent – yer, hava və dəniz üzrə keçirilir. Təlimi Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi, bu təşkilatın təşəbbüsü ilə Azərbaycanda keçirilən beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumlarının nümayəndələri, Azərbaycandakı diplomatik korpusun təmsilçiləri, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabit heyəti izləyir.
Təlimdə FHN əməkdaşları tərəfindən müxtəlif xilasetmə epizodları icra olunur. Təlimdən əvvəl Azərbaycan FHN-in inventarındakı avadanlıqlar və texnikalar, xüsusi şəraitlər üçün nəzərdə tutulan çadırlar, zirehli transportyorlar, minik vasitələri, o cümlədən motosikletlər, xüsusi vasitələri qonaqlara nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB