"Azərbaycanda insan haqlarının pozulması, seçkiöncəsi mətbuata qarşı hücumların olması haqqında iddialar sifarişlidir və yeganə məqsəd ölkədə aranı qatmaqdır". Bu sözləri Editor.az-a açıqlamasında "Səs" Media Holdinqin rəhbəri Bəhruz Quliyev söyləyib.
Onun sözlərinə görə, Avropa nəşrlərində Azərbaycanla bağlı dərc olunan materialların tirajlanması müxtəlif səbəblərlə bağlıdır: "Əvvəla həmin mətbuat orqanlarında yerləşdirilən bəlli yazılar Azərbaycanda fəaliyyət göstərən və hər an dövlətçilik maraqlarını ayaq altına atmağa hazır olan QHT-lər tərəfindən göndərilən hesabatlara söykənir. Həmin "hüquq müdafiəçiləri"nin də metro partladanları, ölkədə təxribat törətmək istəyən erməniləri, separatçıları siyasi məhbus kimi siyahılara salmasına az şahidlik etməmişik.
Digər tərəfdən Azərbaycan nə Gürcüstün, nə də Ermənistan deyil. Bizdə nə Ermənistandakı kimi müxalifətçiləri gülləbaran etmirlər, nə də Gürcüstandakı kimi hakimiyyət boşluğu hökm sürmür. Həm iqtisadi, həm də siyasi baxımdan regionun lider dövlətiyik. Bütün bunların fonunda Azərbaycan hakimiyyətinin ölkə maraqları kontekstindən bir addım kənara çəkilməməsi, bütün dövlətlərlə məsafə saxlaması ölkəmizə təzyiq etmək istəyən dünya hegemonlarının maraqlarına cavab vermir. Məhz elə bu səbəbdən də seçki ilində ölkəmizi gözdən salmağa çalışırlar. Amma gəlin görək onların bir hesabatı dünya birliyi tərəfindən ciddi qəbul olunbmu?! Əlbəttə ki, yox. Çünki informasiya texnologiyalarının sürətlə yayıldığı, dünyanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir şəraitdə yaşayırıq və dünya birliyi qərbin öz maraqları naminə nələrə hazır olmasını yaxşı bilir. Bu gün Avropada keçirilən aksiyalarda mitinq iştirakçılarının başına min oyun açırlar. Onları vəhşicəsinə döyürlər, üzərlərinə it qısqırdır, rezin silahlarla vurub xəsarət yetirirlər. Necə olur ki, Avropada aksiyaçıların üstünə it salanda bu demokratiya olur, Azərbaycanda su çiləyəndə antidemokratiya?! Bax bu faktın özü Azərbaycanın adını "qara siyahı"ya salanlara layiqli cavabdır".
Azər Niftiyev, Editor.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB