Günel İbrahimə yeni vəzifə verildi

Günel İbrahimə yeni vəzifə verildi

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatında fandreyzinq şöbəsinin müdiri Günel İbrahim yeni sosial vəzifəyə təyin olunub. Belə ki, bu yaxınlarda AR Milli QHT Forumuna Günel İbrahim icraçı direktor vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Milli QHT Forumu 607 QHT-lərdən ibarət respublikanın ən böyük təşkilat platformasıdır. Foruma ekologiya, gender, insan hüquqları, avrointeqrasiya, vətənpərvərlik və s kimi istiqamətdə fəaliyyət göstərən QHT-lər daxildir.

Qeyd edək ki, Günel İbrahim 2007-2008-ci illərdə AR Qızıl Aypara cəmiyyətinin hüquqşünası, daha sonra 2008-2010-ci illərdə fandreyzinq şöbəsinin müdiri, 2010-2013-cü illərdə isə AGAT-ın maliyyə gətirmə departamentinin müdiri vəzifəsində çalışıb. Bundan başqa G. İbrahim Türk Qızıl Ay Təşkilatında layihələrin yazılması və idarəedilməsi, Alman Qırmızı Xaç Cəmiyyətində fandreyzinq üzrə təlimlərdə təlimçi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə