Köçkünlərin köçürülməsinə başlanılıb

Köçkünlərin köçürülməsinə başlanılıb

Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarından məcburi köçkünlərin köçürülməsi prosesi başlanıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, köçürülmə prosesinə dünəndən start verilib. BDU-nun yataqxanalarında məskunlaşan 733 ailə və ya 2736 nəfər hamısı Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən 1410 ailəlik yeni məhəllədə məskunlaşacaqlar. Həmzə Babaşov küçəsindəki Doğum Evinin yarımçıq qalmış binasındakı 677 ailə də bu qəsəbəyə köçürüləcək.

BDU-nun yataqxanalarının köçürülməsinin dəqiq nə zaman başa çatacağı hələlik məlum deyil. BDU-nun yataqxanalarının köçürülməsi başa çatandan sonra Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanalarının köçürülməsinə başlanacaq. ADNA yataqxanalarında məskunlaşan məcburi köçkünlər Masazır qəsəbəsinə köçürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə