Ali məktəblərdə dövlət atributları ilə bağlı konfranslar keçiriləcək

Ali məktəblərdə dövlət atributları ilə bağlı konfranslar keçiriləcək

Bu gün "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə Azərbaycanın ali təhsil ocaqlarında "Tələbələr arasında dövlət rəmzlərinin təbliği" adlı layihəyə start verilməsi ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Türkiyə Universitetləri Məzunlarının İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, layihənin reallaşdırılmasında məqsəd Azərbaycanın gələcəyi olan gənclərin dövlət atributlarına- bayraq, gerb və himnə olan sevgisini artırmaqdır: "Layihə Azərbaycanın bütün dövlət və özəl universitetlərində cari tədris ilinin sonuna kimi həyata keçiriləcək. Layihə çərçivəsində hər ali məktəbdə 2 gün ərzində dövlət atributları ilə bağlı konfranslar keçiriləcək".

İctimai Birliyin sədri qeyd edib ki, son zamanlar sosial şəbəkələrdə yayılan neqativ çağırışlara gənclər qoşulmamalı, əksinə, gənclərimiz bu şəbəkələrə daha vacib olan və dövlətin ideologiyasını təbliğ edən məlumatlar yerləşdirməli, müzakirələr aparmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə