Gəncə şəhərində əlil qadınlar arasında sosial tibbi işçilər hazırlanacaq. Bu barədə SİA-nın bölgə müxbirinə Əlil Qadınlar Cəmiyyətinin Gəncə Şöbəsinin sədri Elmira İsmayılova məlumat verib. Onun sözlərinə görə, evlərdə olan insanlara, xəstələrə tibbi yardım göstərmək imkanı olacaq. 2 illik kurslar çərçivəsində pediatr, terapevt və ginekoloq həkimlər tərəfindən 2 il ərzində nəzərdə tutulan səviyyədə tibbi biliklər aşılanacaq. Nəticə etibarı ilə əlil insanlarda özlərinə iş tapmış olacaq.
Qeyd edək ki, tibbi sosial işçilərə ancaq ilkin tibbi yardımlar öyrədiləcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB