Sabah Bakıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvə və vasitələrinin iştirakı ilə üç komponent – yer, hava və dəniz üzrə genişmiqyaslı taktiki təlimə başlayacaq. SİA-nın xəbərinə görə, təlimi Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi və bu təşkilatın təşəbbüsü ilə Azərbaycanda keçirilən beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumlarının nümayəndələri də izləyəcəklər.
Təlimdə FHN əməkdaşları tərəfindən müxtəlif xilasetmə epizodları icra olunacaq, FHN-in inventarındakı avadanlıqlar və texnikalar qonaqlara nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB