Beynəlxalq Muğam Festivalı layihəsinə start verilib

Beynəlxalq Muğam Festivalı layihəsinə start verilib

Gəncədə 3-cü Beynəlxalq Muğam Festivalı layihəsinə start verilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbir Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında təşkil olunub. Mart ayının 17-nə kimi davam edəcək festival çərçivəsində dahi bəstəkarların əsərləri səslənməklə yanaşı, eləcədə əcnəbi ölkələrdən gələn muğam ifaçıları da iştirak edib. Tədbirin rəsmi açılış mərasimində çıxış edən şəhər İcra Hakimiyyətinin müavini Nizami Hacıyev ölkəmizdə son illər muğam sahəsinə ayrılan diqqətdən danışıb. Xüsusən Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizin bu sahəsinə xüsusi qayğıdan söz açılıb. Səhnədə yerli ifaçılarla yanaşı Çin, Hindistan və Pakistan muğam ifaçıları bacarıqlarını nümayiş etdirib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə