Erkən nigahlar pozulur

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində "Gender bərabərliyi və qadın problemləri üzrə Komitə"-si Mərkəzin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsilə birgə "Müasir ailənin cəmiyyətin inkişafındakı yeri və rolu" mövsuzunda tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə AHİK-in Gender bərabərliyi və qadın problemləri və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və AHİK-nın üzvləri iştirak edib.

Cəmilə Səttarova bildirib ki, Mərkəz tərəfindən AHİK-ə daxil olan sahə həmkarlar təşkilatlarında mütəmadi olaraq seminarlar təşkil edilir, gender problemləri araşdırılır. Onun sözlərinə görə, bu sahədə artıq müəyyən irəliləyişlər əldə olunub. Komitə sədri cəmiyyətdə ailə probelmlərinin əsasını erkən nigahların təşkil etdiyini də deyib: "Hazırda Azərbaycan cəmiyyətində pozulan nigahların əksəriyyəti erkən nigahklar və qadın zorakılığı ilə bağlıdır".

Aynur Sofiyeva "Müasir ailənin cəmiyyətin inkişafındakı yeri və rolu" layihəsinin insanları maarifləndirmə istiqamətlərindən biri olduğunun deyib. O bildirb ki, layihə AHİK-in üzv təşkilatlarına və onların üzvlərinə ünvanlanıb: "Məqsədimiz ailənin cəmiyyətdəki rolunun yüksəltmək, gəncləri ailə həyatına hazırlamaq, ailə sağlamlığını qorumaqdır".

Tədbir layihənin reallaşdırlmasında vacib olan istiqamətlərin müzakirəsilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə