"Azərbaycan mediasına KİVDF vasitəsilə yardım göstərilir. Fond vasitəsilə KİV-lərin bəzi ehtiyaclarının qarşılanması tədbirləri həyata keçirilir. Bu il Azərbaycan jurnalistləri üçün inşa edilən bina istifadəyə veriləcək". SİA-nın xəbərinə görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov səsləndirib.
Onun sözlərinə görə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində indiyədək bir neçə sərəncam imzalanıb: "Bacardığımız qədər azad mediaya yardım göstəririk. Azərbaycan nəşriyyatında yerləşən bütün qəzetlərə maliyyə yardımının edilməsi nəzərdə tutulmur. Bu gün ölkədə mövcud olan bütün KİV-lərin ehtiyaclarını dövlət qarşılaya bilməz. Qarşılasa belə, artıq onlar azad KİV ola bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB