Kişi fahişəxanası açılacaq?

Kişi fahişəxanası açılacaq?

İstanbulun məşhur "Taksim" meydanında kişi fahişəxanası açılması tələbi ilə aksiya keçiriləcək. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, aksiyanı qadınlara qarşı zoraklıqla mübarizə aparan "Şefkat-Der"-in (Şəfqət dərnəyi) rəhbəri Xeyrəddin Bulan təşkil edəcək. Məlumata görə, "Şefkat-Der"daha əvvəl də qadına qarşı zorakılığı keçirdiyi müxtəlif etiraz aksiyaları ilə pisləyib.

Aksiya həftənin bazar günü, martın 17-də keçiriləcək. Martın 18-də isə Bulan bu tələbini dilə gətirdiyi ərizə ilə Türkiyə Böyük Millət Məclisinə müraciət edəcək.

Qadınların kölə kimi çalışdırıldığı fahişəxanaların normal və ehtiyac kimi qarşılandığını deyən Xeyrəddin Bulan, "Görək vəsiqələndirilmiş kişilərin qadınlara xidmət göstərəcəyi fahişəxanalar da normal qarşılanacaqmı" – deyib.

"Qadınların mal kimi satıldığı fahişəxanalar bağlanaraq qadınlardan üzr istənənə qədər mübarizəmiz davam edəcək" – deyə sədr vurğulayıb.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətində kassa aparatı ilə xidmət göstərən və dövlətə vergi ödəyən fahişəxanalar var.

Bütün xəbərlər Facebook səhifəmizdə