Bir gündə 90 dəfə zorlandı

Böyük Britaniyada Sosial Ədalət Mərkəzi tərəfindən qadın alveri ilə bağlı verilən hesabatda bir yeniyetmənin bir gündə 90 dəfə zorlandığı göstərilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hesabatda qeyd olunub ki, zorlanan yeniyetmənin 16 yaşı olub. Qadın mərkəzinə aparılan qızın psixi və fiziki cəhətdən problemli olduğu deyilib.

Hesabatda bir il ərzində minlərlə Britaniyalı yeniyetmənin seksual zorakılığa və insan alverinə məruz qaldığı da göstərilib. Hazırda polis hesabat üzrə araşdırmaları davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə