Zaqreb Bəyannaməsi imzalandı FOTOLAR

Zaqreb Bəyannaməsi imzalandı FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin rəsmi qarşılanma mərasimindən sonra təkbətək görüşü olub. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, ikitərəfli əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişafından məmnunluğun ifadə edildiyi görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya budəfəki rəsmi səfərinin münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, bu səfər əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından önəmlidir.

Görüşdə beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin və Prezident İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalanıb.

Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə