Avstriya alman faşizmi tərəfindən işğal olunmasının 75 illiyini qeyd etməyə hazırlaşır. Lakin xalqın hazırki siyasi baxışları və ictimai qənaətləri o dövrün mənzərəsindən köklü şəkildə fərqlənir. Əhalinin yarıdan çoxu indi belə hesab edir ki, Hitler sağ olsaydı, qarşıdakı seçkilərdə inamla qələbə qazanar, parlamentdə çoxluğa sahib olardı.
Deməli, nostalji hissləri təkcə sovet xalqlarına məxsus deyil. Onlarda keçmişə doğru yönələn xatirələrin gələcəyə getmək arzularından niyə belə güclü olduğunu təyin etmək də o qədər çətin deyil.
Əvvala, dünən itirilənləri qaytarmaq hər zaman əhəmiyyətli olub. Baxmayaraq ki, geridə qalan tarix pis də olsa, zamanla xəyallarda mahiyyət dəyişikliyinə uğrayıb doğmalaşır və əsatirləşir.
İkincisi, o sabahın qeyri-müəyyənliyindən fərqlidir. Yəni, insanın maksimalist gələcək planları ilə müqayisədə daha real məna daşıdığından hər kəs keçmişin bərpasında maraqlı olur. Bir də axı, bu hər hər kəsin gəncliyini özünə qaytarır.
Məhz buna görə də 42 faiz avstriyalı hesab edir ki, faşıstlərin vaxtında "həyat heç də pis deyildi". Rəyi soruşulanların 39 faizi o qənaətdədir ki, yenə də yəhudilərin təqib olunması mümkündür və onlara qarşı aqressiya potensialı cəmiyyətin sosial fikrində yaşayır.
Belə mənzərə almanları narahat etməyə başlayıb. Axı Avstriya Hitleri gül-çiçəklə qarşılayaraq onun tərəfində ikinci dünya müharibəsində iştirak etmişdi. İndi də Motsartın vətənində "güclü əl" istəyi şüurlara hakim kəsilməyə başlayıb. Siyasi zövqlərin və dəyərlərin dəyişməsi zamanın ən böyük məhsuludur.
Məhz ona görə də deyirlər ki, hər bir yenilik yaxşı unudulmuş köhnəliyin təkrarıdır. Avstriya dünyanın tarixini dəyişən şəxsiyyətlərin mübarizəsinə ilk meydan olub. İnsanlığın və bəşəriyyətin nifrət etdiyi Hitler ölsə də, hitlerizm yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB