Gəncədə beynəlxalq konfrans keçirilib FOTO

Gəncədə beynəlxalq konfrans keçirilib FOTO

Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin xətti ilə "Regional İnkişaf: Strateji hədəflər və prespektivlər" mövzusunda konfrans keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev, Türkiyənin ölkəmizdəki səfiri Alpər Coşqun, eləcədə qardaş ölkənin İqtisadiyyat Nazirliyinin yüksək vəzifəli şəxsləri iştirak edib. Konfrans iştirakçıları qeyd edib ki, tədbirin təşkilində məqsəd Azərbaycanla Türkiyə arasında regional inkişaf sahəsində iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsidir. Tədbirdə əsasən hər iki ölkə arasında iqtisadi sferada təcrübə mübadiləsi aparılıb.

"Xaricdə o cümlədən Türkiyədə, Azərbaycanda gedən inkişaf prosesini böyük diqqətlə izləyirlər. Ölkəmizdə həyata keçirilən layihələr, inkişaf konsepsiyaları xarici tərəfdaşlar tərəfindən böyük diqqətlə müşahidə edilir. Belə də Azərbaycanın təcrübəsini mənimsəmək imkanı qazanılır, əldə olunan müsbət nəticələr qardaş ölkədə də təbliğ olunur" , - deyə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə