“Nefertiti” müştərilərini soyur Araşdırma

“Nefertiti” müştərilərini soyur Araşdırma

Bəzən insanların əyləncə və istirahət istəyi onlara baha başa gəlir, sonu peşmançılıqla bitir. Bəlkə çoxlarınız mənim bu fikirimi ya baş düşmədiniz, ya da mənasız söz yığını kimi yozdunuz. Bu səbəbdən sizə fikirmi tam aydın izah etmək istəyirəm.

Təxminən 2 gün bundan əvvəl SƏS TV-yə iki şikayət məktubu daxil oldu. Şikayət məktubunda deyilirdi ki, Nəsimi rayon ərazisində, daha dəqiq desək Xəqani Ticarət Mərkəzinin yanında yerləşən "Nefertiti" disko klubunda təhqir olunub və məcburi qaydada pulu əlindən alınıb.

Zərərçəkmiş şəxs hadisəni bu cür nəql edir: "İnternetdə tanışlıq saytlarının birində Elina adlı bir qızdan mesaj gəldi ki, mənimlə tanış olmaq istəyir. Hətta həmin qız öz əlaqə nömrəsini də göndərmişdi. Hadisələr də həmin nömrəyə zəng edəndən sonra başladı. Belə ki, telefonla danışandan sonra görüş təyin olundu və görüş üçün həmin disko klub təyin edildi.

"Nefertiti"də görüşdük. Qız dedi ki, bir-iki dəqiqəliyinə gəlir. O gələnə qədər mənim əyləşdiyim masaya sifariş etmədiyim yeməklər, içkilər gətirildi. Bildirdim ki, bu sifarişləri mən etməmişəm. Əsl mərəkə də bundan sonra başladı. Ofisiant məndən tələb etdi ki, yeməklərin pulunu ödəyim".

Hadisəni araşdırmaq üçün Səs TV-nin çəkiliş qrupunu hadisə yerinə göndərdik. Əməkdaşlarımızdan biri şərti müştəri qismində həmin qızla telefon əlaqəsi saxladı. Şikayətçinin yazdıqları döğru çıxdı. Qız əməkdaşımızı həmin disko kluba dəvət etdi. İçəri daxil olduqdan sonra əməkdaşımızdan 25 manat tələb olunur. Bildirirlər ki, intim əlaqənin xərcidir. Hətta həmin qız əməkdaşımıza daha bir neçə dəqiqə gözləməyi məsləhət görür ki, bəs bizim üçün otağı sahmana salırlar. Bu müddət ərzində əməkdaşımız heç bir sifariş istəmədiyi halda ona bahalı içki gətirilir. Maraqlısı da budur ki, içkilər ard-arda gətirilir və disko klubda olan qızlar dəvət olunmadıqları halda gəlib həmin masadakı içkilərdən içirlər. Bir neçə dəqiqədən sonra əməkdaşımızın telefonla danışdığı qız yoxa çıxır, bu dəfə masaya içki gətirən ofisant və fiziki cəhətdən güclü olan bir nəfər oğlan yaxınlaşır. Tələb edirlər ki, pulu ödəsin. Sifarişin ona aid olmadığını deyən əməkdaşımıza hədə-qorxu gəlirlər. Bir sözlə oxşar ssenari.

Bütün bunların juranlist araşdırmasından ibarət olduğunu görən klubun əməkdaşları zor tətbiq etməyə başlayırlar. Həm əməkdaşlarımıza xasarət yetirirlər, həm də texniki avadanlığımızı sıradan çıxarırlar.

Görəsən, ölkəmizdə turistlərin sayının durmadan artdığı bir dövrdə insanlara bu cür münasibətin və xidmətin adı nədir? Mənə elə gəlir ki, bu istirahət etmək və əylənmək istəyən vətəndaşlarımıza göstərilən xidmət deyil, bu, günün günorta çağı soyğunçuluqdur.

Bütün xəbərlər Facebook səhifəmizdə