Gəncədə infeksion viruslara yoluxan vətəndaşların sayında artım müşahidə olunur. Bu barədə SİA-nın bölgə müxbirinə Təcili Tibbi Yardım Stansiyasının Gəncə şəhər Şöbəsinin baş həkimi Namiq Nəbiyev məlumat verib. Nəbiyevin sözlərinə görə, adi hallarda 150 çağırış qeydə alınırdısa bu günlərdə bu rəqəm 200-ə çatıb: "Havaların qeyri-sabit keçməsi infeksion virusların artımına gətirib çıxarıb. Xüsusən bir müddətdir ki, yuxarı tənəffüs orqanlarının iltihabi xəstəliyi qeydə alınmaqdadır. Buna səbəb mövsümə uyğun olmayan qeyri-sabit hava şəraitidir ".
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB