Yeni aviareys açılır

"UTair Ukraine" aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. Heydər Əliyev Beynəlxalq Aeroportundan SİA-ya verilən məlumata görə, martın 16-dan etibarən Xarkovdan Bakıya və əks istiqamətdə uçuşlar hər həftənin VI günləri "Charles" tipli təyyarələri ilə yerinə yetiriləcək. Xarkovdan təyyarə yerli vaxtla saat 22:00-da havaya qalxacaq və Bakı vaxtı ilə saat 02:30-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Bakı-Xarkov aviareysi üzrə isə uçuş saat 03:30-da yerinə yetiriləcək ki, təyyarə Xarkov vaxtı ilə saat 04:00-da hava limanına enəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə