Bu gün QHT Əməkdaşlıq Alyansı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığının gücləndirilməsi mövzusunda forum keçirir. SİA-nın məlumatına görə, forumda 40-a yaxın beynəlxalq təşkilatların və səfirliklərin nümayəndəsi,10- dan çox millət vəkili, aparıcı mətbuat orqanlarının baş redaktorları və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər. Tədbirde alyansın həmsədri Rufiq Qonaqov, Azay Quliyev və digər şəxslər iştirak edir.
Qeyd edək kİ, tədbirin sonunda növbəti addımların müəyyən edilməsi üçün bəyannamə qəbul ediləcək.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB