Günü-gündən çiçəklənən Quba...
Günü-gündən çiçəklənən Qubaya ləkəlik gətirən üzdəniraq "jurnalistlər" gözlərini açsınlar və görsünlər! Quba son 1 il ərzində birdən-birə inkişafa doğru irəliləyir. Yaz, qış demədən iş başında olanlar artıq Qubada inkişafın nə dərəcədə olduqunu görəndən sonra bəzi xəbərlərin sosial şəbəkələrdə yerləşdirməyin əsassız olduqunu başa düşəcəklər. Biz isə bildirmək istəyirik ki, gözlərini açsınlar və görülən işlərlə maraqlansınlar. Görün Quba əvvəlki Qubadırmı, Quba artıq inkişaf mərhələsindədir. Quba əvvəlki Quba deyil. Quba sözün əsl mənasında dəyişilərək inkişaf edib. Hər yer yenilənib. Artıq Quba gözəl diyara çevrilib.
Quba rayonunda tkinti, abadlıq və quruculuq işlərinin gedişi zamanı 2012-cil il ərzində fərdi yaşayış evlərinin dam örtükləri dəyişdirilib. Bir sıra sahibkarlıq obyektlərin binaları da Rayon İcra Hakimyyətinin vəsaiti hesabına muasir üslubda təmir olunub.
Son bir ildə Quba rayonunda nələr baş verdi?
Təhlil etmək istəyənlər onda yaxından əyləşib bir ildə nələrin baş verdiyinə nəzər salsın. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15-Mart 2012 tarixi sərəncamı ilə Quba rayonun İcra Hakimyyətinin yeni başçısı təyin edilib. Yeni icra başçısı rayonun sosial iqtisadi inkişafına yeni idealar gətirdi. Mübariz Ağayev gənclərə, gənc nəsilə inanır və etibar edir. Artıq gənclər də onu sevməyə başlayıb. Ona görə ki, Mübariz Ağayev özünəməxsus şəkildə hər bir insana yanaşır, onu dinləyər və əlindən gələni yardım etməyə çalışır!
Bəli, bu gün Quba özünün yeni inkişaf dövrünü yaşayır. Bu günlərdə Qubada olarkən biz də bu inkişafın şahidi olduq. Bu gün Quba şəhəri tikinti meydançasına çevrilib desək, yanılmarıq. Hər tərəfdə tikinti, abadlıq, quruculuq işləri gedir. Şəhərin görkəminə xələl gətirən yöndəmsiz obyektlər sökülür, yeni layihələr əsasında müasir obyektlər inşa olunur. Bu isə abadlıq işlərinin müəyyən proqram əsasında həyata keçirilməsinin nişanəsidir.
Qubada olarkən həmsöhbət olduğum taksi sürücüsü Fərrux Cəbrayılov bu işlərin hər bir qubalını sevindirdiyini dilə gətirdi: "İnandırım səni, bu və ya digər rayonda olarkən bölgələrin inkişafından söz düşəndə həmişə susurdum. Yalnız Qubanın alması ilə öyünməklə kifayətlənirdim. Çünki rayonumuzda abadlıq işləri o qədər də geniş vüsət tapmamışdı. Yəni Qubanın digər rayonlarla ayaqlaşa bilməməsi məni yaman pərt edirdi. Lakin yeni icra başçısı Mübariz Ağayevi deyirəm, buraya gələn gündən Qubanın inkişafına xüsusi diqqət yetirməyə başlayıb. İndi Quba şəhərinin demək olar ki, hər bir guşəsi öz simasını dəyişir. Hələ 1 ili tamam olmayıb ki, bu şəhərin tanınmaz dərəcədə dəyişəcəyinə əsla şübhə etmirəm".
... Şəhərin mərkəzindəki "Quba meydanı" mədəniyyət və istirahət parkında şəhər sakini, Quba Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli məlumat verdi ki, bu ərazi 2 aya yaxın bir müddətdə yenidən qurularaq, iyun ayının 15-də - Qurtuluş günündə əhalinin istifadəsinə verilib: "Gördüyünüz kimi, meydanın ətrafındakı ticarət və xidmət obyektlərinin dam örtükləri dəyişdirilib, fasadları təmir olunub. Parkda musiqili fəvvarə, uşaqlar üçün əyləncə mərkəzi, xidmət və istirahət obyektləri, müasir işıqlandırma sistemi quraşdırılıb, burada 7000 ədəddən çox gül, 5000 ədəddən çox ağac və kol əkilib. Ərazidə monitor quraşdırılıb. Özünün qədim tarixi və memarlıq üslubu ilə fərqlənən Quba Musiqi Məktəbinin, Uşaq-Texniki Yaradıcılıq Mərkəzinin, Qələbə və Bakıxanov küçələrindəki kommersiya və yaşayış binalarının dam örtükləri əsaslı bərpa olunaraq istifadəyə verilib. Vallah, görülmüş işlər və hazırda görülən işlər o qədər çoxdur ki, saymaqda çətinlik çəkirəm. Axı şəhərdə görülən işlərin konkret ünvanı yoxdur...".
Digər şəhər sakini Ağamməd Məmmədov (Quba Dövlət Arxivinin əməkdaşı) isə Şəhər 1 saylı Körpələr Evinin və "Nizami" parkının ərazisində A.A.Bakıxanov adına Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının, şəhərə giriş qapısının tikintisinin davam etdirildiyini söylədi. Şəhərdə su və kanalizasiya xətlərinin çəkilişlərinin aparıldığını qeyd edən Ağamməd kişi şəhərin Heydər Əliyev prospektində, Ə.Nərimanov küçəsində və ona paralel küçələrdə su və kanalizasiya xətlərinin çəkilişlərinin başa çatdırıldığını dedi: "Hazırda M.Qorki, 20 Yanvar, Y.Qasımov, A.Hüseynzadə, Ə.Orucov, Ərdəbil və digər küçələrdə, həmçinin "Qəçrəş yolu" yaşayış massivində və 32/33-cü məhəllədə bu sahədə işlər davam etdirilir".
Kim istəməz ki...
Quba Rayon İcra Hakimiyyətinin bir yetkilisinə ünvanladığımız: "Cox maraqlıdır, şəhərdə eyni vaxtda aparılan bu qədər irimiqyaslı işlər camaat tərəfindən narahatlıqla qarşılanmır ki?", sualına o, belə cavab verdi: "Bəri başdan deyim ki, bu gün Qubada aparılan irimiqyaslı işlər Prezidentimizin xeyir-duası ilə görülür. O ki qaldı işlərin hamısının eyni vaxtda başlanmasına, təbii ki, bu, hər şeydən əvvəl, Qubada bir çox problemlərin birdəfəlik həlli ilə bağlıdır. Bir də nə gizlədim... İlk vaxtlar bizi düzgün başa düşməyənlər oldu, lakin atılan ilk addımlardan sonra nəinki görülən işlərə yüksək qiymət verməyə, hətta öz minnətdarlıqlarını bildirməyə başladılar. Axı kim istəməz ki, onun həyətində, küçə və səkilərdə səliqə-sahman olmasın?".
İki kəndə qəsəbə statusu veriləcək...
Qeyd edək ki, rayonun bir çox inzibati ərazi vahidlərində də təmizlik, abadlıq işlərinə başlanılıb. II Nügədi, Dağlı, Rustov, Sofikənd, Şuduq, Qonaqkənd, Xaltan, Qəçrəş, Amsar, Yerfi, Söhüb və Xınalıq kəndlərində kənddaxili və kəndlərarası yollara çınqıl döşənərək hamarlanıb. İqriq və Təngəaltı kəndlərində asfalt örtüklü yollarda çala təmiri işləri aparılıb, Çiçi və Xanəgah kəndlərində körpülər təmir edilərək əhalinin istifadəsinə verilib. Rayonun kənd yollarının tikintisi və əsaslı təmiri ilə əlaqədar müvafiq texniki sənədlər tərtib edilərək, Nazirlər Kabinetinə təqdim olunub. I Nügədi və II Nügədi kənd sakinlərinin müraciətləri nəzərə alınaraq, həmin kəndlərə qəsəbə statusunun verilməsi ilə bağlı Milli Məclisə müraciət olunub.
Yeri gəlmişkən, qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin sifarişi əsasında rayonun Talabı kəndində 80, Möhüc, İspik, Talabıqışlaq kəndlərində 180, II Nügədi, Qaraçay kəndlərində 360 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilir. Dağlı, Küpçal, Hacıqayıb, Xucbala, Aşağı Tüləkəran kəndlərində tikiləcək məktəb binalarının sənədləşdirilməsi işləri aparılır.
"Məzarlığın canlı muzey
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qubada inşa olunan "Soyqırımı memorial kompleksi"nin bu ilin sentyabr-oktyabr aylarında təhvil verilməsi gözlənilir. Tikinti başa çatdıqdan sonra məzarlıqdakı sümüklərin köçürülməsi və şüşə altında qorunması nəzərdə tutulur. Məzarlığın canlı muzey kimi qalması planlaşdırılır
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qubada inşa olunan "Soyqırımı memorial kompleksi"nin bu ilin sentyabr-oktyabr aylarında təhvil verilməsi gözlənilir. Tikinti başa çatdıqdan sonra məzarlıqdakı sümüklərin köçürülməsi və şüşə altında qorunması nəzərdə tutulur. Məzarlığın canlı muzey kimi qalması planlaşdırılır.
Qeyd edək ki, 2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkarlanıb. Bu məzarlıq ermənilərin türklərə qarşı zaman-zaman həyata keçirdikləri soyqırımını özündə əks etdirən ən tutarlı dəlillərdən biridir. Prezident İlham Əliyev 2009-cu ildə Prezidentin Ehtiyat Fondundan həmin ərazidə "Soyqırımı memorial kompleksi"nin təşkili məqsədilə 1 mln. manat ayırıb.
"Tağlı körpü" də təmir olunur
Qubada XVIII əsrin mədəniyyət abidəsi - Qudyalçay üzərindəki "Tağlı körpü" də təmir olunur. Quba Rayon Mədəniyyət və Turizm Şöbəsindən əldə etdiyimiz məlumata görə, Quba şəhəri ilə Qırmızı qəsəbəni birləşdirən bu körpü 1990-cı illərə qədər istifadədə olub. Uzun müddət körpünün istifadəsiz qalması sakinləri narahat edib. Bu barədə Qırmızı qəsəbə sakinləri ilə görüşlərin birində ölkə başçısına məlumat verilib. Körpünün bu ilin sonunda istifadəyə verilməsi gözlənilir. Yeri gəlmişkən, Qubanın zəngin tarixi keçmişi nəzərə alınaraq, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, tədqiqat işlərinin aparılması və Quba haqqında kitabın nəşri məqsədilə komissiya təşkil olunub. Komissiya artıq öz işini yekunlaşdırıb və yaxın vaxtlarda müvafiq proseduradan sonra kitabın nəşri baş tutacaq.
"Alma bayramı" keçirilib
Təbii ki, Qubanı ən çox tanıdan onun almasıdır. Tarixən bu bölgədə əhali kənd təsərrüfatının, demək olar ki, bütün sahələri ilə məşğul olub. Rayonda meyvəçiliyin inkişafı əsasən ötən əsrin 70-ci illərinə, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmə təsadüf edir. Məhz bu tarixi şəxsiyyətin imzaladığı qərara əsasən, həmin dövrdə Quba rayonunda minlərlə hektar məhsuldar alma bağları salınıb. İndi rayonda 15 min hektara yaxın meyvə bağı vardır ki, bunun da böyük əksəriyyətini alma bağları təşkil edir. Son illər rayonda 500 hektar ərazidə bağ salınıb. Həmin bağlarda xarici ölkələrdən gətirilmiş alma sortları ilə yanaşı, əgər belə demək mümkünsə, dədə-baba sortları da ("Sarı turş", "Qızıl Əhmədi", "Cırhacı") əkilir. Vəlvələ, Zərdabi, Timiryazev, II Nügədi, Aşağı Xuc, Qaraçay, Dəlləkli kəndlərində nəhəng meyvə soyuducu kameraları istifadəyə verilib. Onu da deyək ki, vaxtilə Qubada 2 konserv zavodu və bir neçə emal sexləri fəaliyyət göstərib. Hazırda belə müəssisələrə də ciddi ehtiyac var. Yeri gəlmişkən qeyd edək ki, bu sahənin inkişafı da Qubada diqqət mərkəzindədir. Belə ki, sentyabrın sonunda təşkil olunan "Alma bayramı" da bu sahədə görüləcək işlərə diqqəti bir daha yönəlib. Alma bayramı çox təm-təraqlı şəkildə qeyd olundu. ilk dəfə olaraq məs Mübariz Aqayev alma bayramını qubalılar üçün keçirdi və bu tarixlərdə qaldı. Ənənəvi olaraq bu bayram hər il eyni vaxtda keçiriləcək. Avqustun 15-də isə Qubanın tarixində ilk dəfə olaraq, "Şəhər günü" keçirilib.
Xınalığa maraq göstərirlər
"Qubanı, Göygölü görməmisənsə, demə ki, görmüşəm Azərbaycanı". Vaxtilə bu sözləri Xalq şairi Məmməd Rahim deyib. Bəli, Quba ölkəmizin ən əlverişli turizm bölgələrindən biridir. Quba rayonunun əsrarəngiz təbiət mənzərələri turizmin inkişafı üçün çox əlverişlidir. Burada "Cənnət bağı", Quba Olimpiya Kompleksi, "Nazlı bulaq ", "Baba ocağı", "Long Forest" və onlarla digər turizm məkanları, Qəçrəş, Xınalıq, Təngəaltı, Afurca kəndləri kimi turizm marşrutları var. Hazırda Qubada 40 turizm obyekti fəaliyyət göstərir. Özəl sektorda turizm-istirahət komplekslərinin sayının artması müşahidə olunur. Turizm mərkəzlərində qonaqların mənalı istirahəti üçün hər cür şərait təşkil olunub. Hazırda rayonda 3 yeni turizm obyekti tikilir. Əski-İqriq kəndi yaxınlığında tikilən "Riksos otel" turizm kompleksi dünya standartlarına uyğun inşa edilir. Kompleksin ərazisində qolf meydançası da olacaq. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il rayona turist axınında 30 faiz artım olub. Turistlər daha çox dünya əhəmiyyətli abidə sayılan Xınalıq kəndinə maraq göstərirlər.
"Sən belə deyildin əzəl, ay Quba"
... Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında qızğın iş gedirdi. Burada Gənclər Mərkəzi, Bayraq meydanı və Rayon İcra Hakimiyyəti üçün yeni bina inşa olunur. İş icraçısı İslam Məmmədovla söhbətdən bəlli oldu ki, bu obyektlər yaxın vaxtlarda təhvil veriləcək: "İşləri vaxtında yekunlaşdırmaq məqsədi ilə briqadamız hər növbədə 200 nəfərdən çox olmaqla iki növbədə işləyir. Onun sözlərinə görə, ucaldılacaq bayraq dirəyi 76 metr hündürlüyündə olacaq ki, bu da şəhərin görünüşünə xüsusi gözəllik verəcək: "Bayraq meydanında 1000 nəfərlik "Yaşıl teatr" da qubalıların istifadəsinə veriləcək". 1500 kv.m ərazini əhatə edəcək Gənclər Mərkəzinin birinci mərtəbəsi idman zalından, ikinci mərtəbəsi akt zalından, müxtəlif dərnəklər üçün otaqlardan ibarət olacaq. Parkın yaxınlığında poçtamt və rayon məhkəməsi üçün inzibati binalar da tikilir. Burada görülən işlər çoxdur və onların hamısı haqqında ətraflı söz açmaq, təbii ki, çətindir. Amma bir məqamdan asanlıqla söz açmaq mümkündür: Qubanı tezliklə çoxları tanımayacaq və məhz o zaman onlar istər-istəməz deyəcəklər: "Sən belə deyildin əzəl, ay Quba".
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB