Bu gün səhər 09:35 radələrində Bakı Metropoliteninin Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatarı Memar Əcəmi satansiyasında məlum olmayan səbəblərdən dayanıb. Hadisənin şahidi olan əməkdaşlarımızın SİA-ya verdiyi məlumata görə, Dərnəgül stansiyasından hərəkət edən qatarın sərnişinləri 20 Yanvar stansiyasında qatardan endirilib və stansiyanın platformasında sıxlıq yaşanıb. Sıxlıq yarandığına görə, hətta 20 Yanvar metrosuna sərnişinlərin girişinə bir müddət məhdudiyyət qoyulub.
Qeyd edək ki, problemin səbəbini aydınlaşdırmaq üçün Metropolitenin mətbuat xidmətilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB