Martın 12-də Milli Təhlükəsizlik Nazirliyinin mədəniyyət mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) XXIV Baş Assambleyası keçiriləcək. SİA-nın xəbərinə görə, assambleya çərçivəsində büdcə komissiyasının məruzəsi, katibliyin fəaliyyəti haqqında məruzə dinləniləcək, təşkilat məsələləri müzakirə olunacaq, AQAC-ın fəalları mükafatlandırılacaqlar.
Tədbirin sonunda 2013-cü ildə keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının hazırkı rəhbəri, AQAC-ın fəxri üzvü İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB