İngiltərəli bir şirkət başda İraq, Səudiyyə Ərəbistanı, Gürcüstan və Nigeriya olmaqla bir çox ölkələrə dəyəri milyonlarla dollar olan "bomba dedektoru" əvəzinə qolf topu axtaran cihaz satıb.
Bu barədə BBC məlumat yayıb. Yayılan məlumatda qeyd edilir ki, James Makkormick adlı şirkət rəsmisi adı çəkilən ölkələrə 40 milyon dollar dəyərində saxta bomba dedoktoru satması ittihamı ilə bir neçə gün bundan öncə məhkəmə önünə çıxarılıb.
Məlumatda o da qeyd edilir ki, satılan dedoktorların üzərinə Beynəlxalq Partlayıcı Araşdırmalar Mərkəzinin saxta emblemi də vurulub
ABŞ-da 20 dolara satılan qolf topu axtaran aparatının adı çəkilən ölkələrə milyonlarca dollar müqabilində satılması bütün dünya tərəfindən ingilis saxtakarlığı kimi qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB