Narkotik satarkən həbs olundu

Füzuli rayon sakini xeyli miqdarda narkotik vasitə satarkən tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Elbrus Hacıyev 5 kq 10 qram marixuananı 5000 dollara satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə