7 mart tarixində 110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisin deputatı Hikmət Atayevin avtomobil qəzasında həlak olması xəbəri bütün cəmiyyəti sarsıtdı. İki çağırış parlament üzvü olan H.Atayev bütün müddətdə özünü daxili mədəniyyəti yüksək olan bir insan, fəal siyaəstçi kimi tanıda bilmişdi. Əsas fəaliyyəti həkim olduğuna görə sosial siyasət komitəsinə daxil olaraq daima səhiyyə və sosial müdafiə məslələrinə özünün həyat təcrübsindən irəli gələn təkliflər verirdi.
Parlament iclaslarında fəal idi, maraqlı çıxışları ilə auditoriyada seçilməyi bacarırdı. Şirin, zəngin söz ehtiyatı olan danışığı var idi. Təmkinliliyi, ziyalılığı da diqqəti cəlb edirdi. Çıxışları yadda qalırdı, onu diqqətlə dinləyirdilər. Heç zaman çıxışında qıcıq yaratmazdı, real həyatla bağlı mövzulara toxunmağı bacarırdı.
Adi söhbətlərdə də səmimi idi. Böyük həyat təcrübəsi var idi. Atası da rayonda məşhur cərrah olmuşdu. Şikayət etməyi sevməzdi, yaxşı həmsöhbət idi, dinləməyi bacarırdı, çox incə yumoru var idi.
Əyalətdə yaşasa da qısa zamanda özünü Azərbaycan ziyalı cəmiyyətində tanıdıb, sevdirə bilmişdi. İtiriləsi dost deyildi. O hələ yaşamalı və dünyamızı çox zənginləşdirməli idi. Heyf.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB