Lerikdə 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib

Lerikdə 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətində tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bayram münasibəti ilə qadınları təbrik edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkəmizin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılıb. Bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın inkişafına qadınların töhfəsini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir.

Natiq həmçinin Lerik qadınlarının da rayonun bütün sahələrində qazanılan uğurlarda qadınların əməyinin yüksək olduğunu diqqətə çatdırıb.

YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov bayram münasibəti ilə qadınları təbrik edib, onlara işlərində daha böyük müvəffəqiyyətlər, ailə səadəti arzulayıb.

Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin müəllimi Dünyaxanım Kərimova, şəhid anası Səmayə Cəfərova və digər çıxış edənlər qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblərlər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna hədiyyələr təqdim edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə