Lənkəranda 8 Mart Beynəlxalq Qadınlar Bayramı qeyd olunub FOTOLAR

Lənkəranda 8 Mart Beynəlxalq Qadınlar Bayramı qeyd olunub FOTOLAR

Martın 7-də Lənkəranda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram şənliyi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun müxtəlif sahələrində çalışan fəal qadınlar iştirak ediiblər.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qadınları bayram münasibətilə təbrik edərək bildiribi ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, yenilməzlik nümunəsi göstərmiş, cəmiyyət həyatında fəal iştirak etməklə yanaşı, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyublar . T.Qaraşov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilib. Bunun nəticəsində də qadınlar dövlət quruculuğu işlərinə cəlb olunub. Ümummilli Liderin bu uzaqgörən siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İcra başçısı sonda respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da qadınların rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirakını, rayonumuzda uğurla həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə öz töhfələrini verdiklərini xüsusi vurğulayıb.

Sonra bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

Lənkəranın incəsənət ustalarının,uşaq bağçaları fidanlarının ifa etdikləri şən, oynaq musiqi nömrələri, rəqs nümunələri şənliyi daha da rövnəqləndirib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə