Masallıda Beynəlxalq Qadınlar günü qeyd edilib

Masallıda Beynəlxalq Qadınlar günü qeyd edilib

Masallı rayon Gənclər Mərkəzində rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli yığıncaq keçirilib. Yığıncaqda rayonun qadın ictimaiyyətinin 60 nəfərdən çox nümayəndəsi iştirak edib. SİA-nın məlumatına görə, toplantıda çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 8 mart qadınlar bayramı münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik edib. Natiq son illər ölkəmizdə və rayonumuzda qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışıb, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirib.

Yığıncaqda çıxış edən Masallı şəhər 2 saylı uşaq bağçasının müdiri Naibə Aslanova, Təzə Alvadı kənd uşaq bağçasının müdiri Göyçək Ələsgərova, Yolağacı kənd orta məktəbin direktoru Sevil Ağammədova və bağqaları qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq edib və 2013-cü ilin Prezident seçkilərində xalqımızın ən layiqli namizədini dəstəkləyəcəklərini bəyan ediblər.

Tədbirdə fəal qadınların bir qrupuna qiymətli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə