Dövlət müəssisələri istiliklə təmin olunacaq

Dövlət müəssisələri istiliklə təmin olunacaq

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) tərəfindən Gəncə şəhərində dövlət müəssisələrinin istiliklə təchizatı işləri sürətləndirilib. Bu il qış fəslində yuxarıda adıçəkilən qurum tərəfindən 10-a yaxın müəssisədə işlər yekunlaşdırılıb. Əsasən səhiyyə, təhsil və mədəniyyət obyektlərinin isitiliklə təminatına diqqət ayrılıb. Belə ki, sovet dönəmindən tikilən adıçəkilən qurumların bəzi binalarında istilik sistemi yarasız vəziyyətdə olduğundan bu problemin aradan qaldırılmasına start verilib. Hazırda "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin ASC-nin Gəncə Şöbəsinin rəsmiləri orta ümumtəhsil məktəblərində iş aparır.

Gəncə İstilik Sistemləri İdarəsinin rəisi Əsəd Xudaverdiyev SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, aprel ayından 2014-cü ilin qış mövsümü üçün nəzərdə tutulan tədbirlər planını icrası davam etdiriləcək. Artıq yeni layihə hazırlanıb. İlkin mərhələdə 10-a yazın binanın daha müasir istilik sistemi ilə təmin olunması nəzərdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə