QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə beynəlxalq təşkilatlarla birgə forum keçirəcək. Qurumdan SİA-ya verilən məlumata görə, forum "Beynəlxalq təşkilatlarla yerli QHT-lərin əməkdaşlığının gücləndirilməsi" mövzusunda təşkil olunacaq.
Forumda 30-dək beynəlxalq təşkilatlar və səfirliklər, Prezident Administrasiyası, Prezident Yanında QHT- lərə Dövlət Dəstəyi Şurası, eləcə də digər dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ölkədə fəaliyyət göstərən çoxsaylı QHT rəhbərləri, media və yeni media rəhbərləri, ekspertlər və digər qonaqlar iştirak edəcək.
Forumda beynəlxalq təşkilatlarla əməkdaşlıq edən bütün QHT və media rəhbərləri öz təklif və fikirlərini açıq şəkildə bildirəcək. Azəbaycanın ümumi problemləri ilə və eləcə də ölkədə baş verən yeniliklərlə bağlı vətəndaş cəmiyyəti üzvlərinin vahid mövqedən çıxış etməsi üçün ümumi fikirə gəlinəcək.
Qeyd edək ki, forumun sonunda bəyannamə qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB