RİH: Siyəzəndə aksiya tam dinc şəraitdə keçib

Bəzi mətbuat orqanlarında Siyazən rayonunda bir qrup sakinin etiraz aksiyası keçirməsi ilə bağlı məlumat yazılıb. Xəbərdə deyilir ki, aksiya iştirakçıları etiraz əlaməti olaraq magistral yolu bağlayıblar.

SİA-nın Şimal bürosunun əməkdaşı faktı dəqiqləşdirmək üçün Siyəzən rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, 07 mart 2013-cü il tarixdə səhər saatlarında Siyəzən Rayon İcra Hakimiyyətinin binası qarşısında "Siyəzən-Broyler" Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən əmək haqlarının artırılması ilə əlaqədar keçirilmiş aksiya barədə bəzi kütləvi informasiya vasitələrində həqiqətə uğun olmayan məlumatlar verilib. Məlumatda göstərildiyi kimi aksiyada 1000 nəfər deyil, 400-500 nəfər iştirak edib. Yazılanların əksinə olaraq Rayon İcra Hakimiyyətinin başçısı və Səhmdar Cəmiyyətin rəhbərliyi dərhal şikayətçilərin qarşısına çıxaraq onların tələblərini dinləyib və müvafiq tədbir görüləcəyini bildirib. İcra Hakimiyyətinin qarşısında aksiya keçirdikdən sonra Siyəzən şəhərinin mərkəzi yolunun kəsilməsi və yürüş keçirilməsi barədə deyilənlər isə həqiqətdən uzaqdır. Aksiya tam dinc şəraitdə keçib və heç bir insident baş verməyib. İştirakçılar heç bir müdaxilə olmadan aksiyaya son verib. Polis tərəfindən müdaxilə olmayıb. Rayona əlavə polis qüvvələri gətirilməyib, yolun bağlanması halı da olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə