İtaliyada SAM-ın kitabı nəşr edilib

İtaliyada SAM-ın kitabı nəşr edilib

İtaliyada SAM-ın və İtaliyanın aparıcı beyin mərkəzlərindən biri olan Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) birgə əməkdaşlığı ilə "Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar" adlı kitab ingilis dilində nəşr edilib.
SAM-dan SİA-ya verilən məlumata görə, bir il davam edən tədqiqat layihəsinin nəticəsi olan bu kitabda ümumi Şərq Tərəfdaşlığı çərçivəsi və Azərbaycanın bu çərçivədə oynadığı rol təhlil edilib.

Tədqiqat hər iki beyin mərkəzlərinin əməkdaşları tərəfindən aparılıb. Layihədə Azərbaycan tərəfindən Gülşən Paşayeva, Vüsal Qasımlı, Kamal Makili-Əliyev və Gülmira Rzayeva, İtaliya tərəfindən isə Karlo Frappi, Mikela Çekkorulli, Serena Custi və Tomislava Penkova iştirak edib. Kitaba ön sözü SAM-ın Direktoru Fərhad Məmmədov və İSPİ-nin vitse-prezidenti və direktoru Paolo Maqri yazıblar.

Qeyd edək ki, tədbirdə Fərhad Məmmədov, Elnur Aslanov, Karlo Frappi, Səməd Seyidov və Roland Kobianın çıxışları planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə